2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sənay Qəhrəmanlı işində hökm oxundu

İctimai fəal Sənay Qəhrəmanlıya qarşı cinsi təcavüzdə suçlanan Əsgər Ağazadə 5 il azadlıqdan məhrum edilib

Saytların yığılması Saytlarin yigilmasi

İctimai fəal Sənay Qəhrəmanlıya qarşı cinsi təcavüzdə suçlanan Əsgər Ağazadə 5 il azadlıqdan məhrum edilib.

Ona oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, Ağazadə CM-in 149.2.3 (zorlama – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə təqsirli bilinib.

Təqsirsiz olduğunu deyir

Amma hökmdən öncə son sözünü deyən Ağazadə təqsirsiz olduğunu bildirib. O deyib ki, həbsindən öncə xalası Zümrüd Yağmur onları hədələyib: “Bizdən istədiklərini ala bilməyəndə bu şounu qurdular”.

O vurğulayıb ki, işin içində ona qarşı ittihamı təsdiqləyən heç bir mötəbər sübut-dəlil yoxdur.

Zümrüd Yağmur isə daha öncə də səslənən oxşar ittihamları rədd edib.

O, hökmdən narazı qaldığını bildirib.

Xatırlatma

Cinayət işinin materiallarına əsasən, Sənay Qəhrəmanlı 2020-ci ilin avqustunda cinsi təcavüzə məruz qalıb.

Bu iş bir ilə yaxın Yasamal rayon Prokurorluğunda araşdırılıb, lakin Əsgər Ağazadə haqqında cinayət işi başlanması rədd edilib.

Daha sonra yazıçı Zümrüd Yağmur mətbuat konfransı keçirərək məsələni ictimailəşdirib. Bundan sonra Ağazadə barəsində cinayət işi başlanıb, o, həbs edilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button