2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sənayedə istehsalçı qiymətləri 75 faiz bahalaşıb

Bu ilin yanvar – mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz bahalaşıb.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bahalaşma əksər sahələri əhatə edib.

İstehsal qiymətləri mədənçıxarma sənayesində 83,3, emal sənayesində 38,3, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində də 58,1 faiz bahalaşıb.

Mart ayında fevralla müqayisədə də istehsalçı qiymətlərində dəyişiklik olub.

Son bir ayda sənaye məhsullarının istehsalçı qiymətlərinin 6,3 faiz ucuzlaşdığı bildirilir.

Komitə martda digər sahələrdə bahalaşmanın qeydə alındığını bildirir.

Rəsmi məlumata görə, qida məhsullarının istehsalı üzrə bahalaşma cəmi 1,4 faiz olub.

İstehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9, geyim istehsalı üzrə 6,5, toxuculuq sənayesi üzrə 4,5, kompüter avadanlıqların istehsalı üzrə isə 1,3 faiz bahalaşıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button