2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

‘Sərəncam üzərində islahatlar’

20 Yanvar faciəsi, islahatlarla bağlı sərəncamların icra olunmaması və ərzaq bahalanmasının davam etməsi 20 yanvar, 2018-ci il medianın aparıcı mövzularındandır…

“Əgər ölkədə müstəqil məhkəmə sistemi yoxdursa,…”

“Azadlıqinfo.az” saytında “Əliyevin sərəncamlarda yaşayan islahatları” sərlövhəli yazı oxumaq olar.

Saytların yığılması Saytlarin yigilmasi

Müəllif bu yazıda iddia edib ki, dövlət başçısı İlham Əliyevin sərəncamlarının məzmunu kağız üzərində qalır və icra olunmur:

“Bəlkə də dünyada Azərbaycan prezidenti qədər sərəncam imzalayan, fərman verən ikinci ölkə başçısı yoxdur.

İstənilən gün xəbər saytlarına nəzər salanda, yeni sərəncamlarla gözlərimiz qızarır. Amma bu günə qədər hər hansı sərəncama əməl olunduğunu, hər hansı fərmanın yerinə yetirildiyini müşahidə etməmişik”.

“Artım”. Şerif. Karikatura

Yazıda bildirilir ki, son zamanlar ölkədə apellyasiya şuraları, Dayanıqlı İnkişaf Şurası, Maliyyə Nəzarəti Komitəsi yaradılması, bəzi nazirliklərin birləşdirilməsi, cəzaların humanistləşdirilməsi və yol xəritələri haqqında sərəncamlar verilib.

Müəllif qeyd edib ki, bütün bunlar ölkədə islahatlar kimi təqdim edilir. Amma rəsmi statistika da bir çox problemlərdən xəbər verir.

Müəllif vurğulayıb ki, bu günlərdə dövlət başçısı Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” da yeni qanun hazırlanması barədə sərəncam imzalayıb.

Amma yazıda güman edilir ki, bu sənəd də əhəmiyyətsiz olacaq:

“Çünki ilk növbədə ölkənin demokratik imici olmalıdır. Əgər, ölkədə müstəqil məhkəmə sistemi yoxdursa, xırda və orta sahibkarlar hər an böyük məmurların tamahının qurbanı ola bilirsə, bu ölkədə heç bir islahatdan, heç bir uğurdan söhbət gedə bilməz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button