2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sərdar Babayev həbsini Azərbaycanın İranla münasibətlərinə bağladı

Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Babayev dövlətə xəyanət ittihamını qəbul etmir. Özünü təqsirli bilməyən ilahiyyatçı istintaqa ifadə verməkdən də imtina edib. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

“Özümü iki dövlət arasında olan gərgin münasibətlərdən dolayı repressiya qurbanı hesab edirəm. Özümü təqsirli bilmirəm, buna görə heç bir ifadə də verməmişəm. Taleyimlə barışmışam…”, – ailəsinin bildirdiyinə görə, ilahiyyatçı belə deyib.

Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində Babayevin həbs olunması haqda qərardan verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, ilahiyyatçının barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda qərar qüvvədə saxlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Babayev həm də maide.az saytının baş redaktorudur. O, oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb. Həmin gün onunla yanaşı, Azərbaycan Ruhanilər Məclisinin üzvləri – Cəlal Şəfiyev, Qadir Məmmədov Təmkin Cəfərovun da saxlanması, onların evində axtarış aparılması, telefon və kompüterlərinin götürülməsi haqda məlumat yayılmışdı. Adları çəkilən şəxslərin həm də maide.az saytının əməkdaşları olduğu bildirilir. Sonradan Babayev istisna olmaqla, digərləri buraxıldı.

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu da sosial şəbəkədə canlı yayım vasitəsilə evinə ondan ötrü DTX əməkdaşlarının gəldiyini bildirmişdi. Həmin gecə o, yenidən canlı yayımla DTX-da şahid qismində dindirilib buraxıldığını, bundan sonra bir müddət sosial şəbəkələr və zənglərdən kənarda qalacağını açıqlamışdı. Həmin vaxtdan sonra ilahiyyatçı ilə əlaqə yaratmaq mümkün olmayıb.

Xatırlatma

Sərdar Babayev CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə – İranın xüsusi xidmət orqanlarıyla əlaqədə suçlanır. Bu maddədə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdi.

İddia olunurdu ki, Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. İlahiyyatçı 2020-ci ilin fevralında azadlığa çıxmışdı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button