2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sərdar Cəlaloğlu İslama baxışı dəyişəcək kitab yazır – ƏCƏB İŞƏ DÜŞDÜK

Kitabda Qurandakı gizli kodlar və onların izahından bəhs olunur

ADP sədri Sərdar Cəlaloğlu İslama baxışı dəyişəcək kitab yazır. Bu barədə 24saat.org-u etibarlı mənbə məlumatlanırıb. Mənbənin sözlərinə görə, bir neçə cilddən ibarət olacaq kitab Qurandakı gizli kodların şərhinə, onların açılması və izahına həsr olunub.
Mənbənin məlumatına görə, artıq başa çatmaqda olan kitabda Qurandakı bir çox ayələrin tam fərqli izahı, həmin izahların elmi və praktiki şəkildə əsaslandırılması yer alıb:
“Kitabın Quran və oradakı ayələrlə bağlı ənənəvi düşüncəni kökündən dəyişəcəyini nəzərə alsaq, əminliklə söyləmək olar ki, S.Cəlaloğlunun bu yeniliyi də ciddi səs-küy və müzakirələrsiz ötüşməyəcək. Lakin S.Cəlaloğlu hesab edir ki, bu kitab insanlara Qurandakı ayələri daha düzgün anlamağa kömək edəcək, insanların onların daxili mənasından xəbər tutmasına yardımçı olacaq”.
Mənbənin sözlərinə görə, ayələrin elmi və məntiqi izahını verən kitabın qarşıdakı aylarda çapı nəzərdə tutulur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button