2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sərhəddə atışma zamanı 1 erməni hərbiçi öldürülüb, bir neçə nəfər yaralanıb

Bakı/10.12.21 Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycanla sərhəddə atışma zamanı erməni hərbiçinin öldürüldüyü barədə məlumat yayıb.

“Dekabrın 10-da günorta saatlarında sərhəddə baş verən atışma nəticəsində Ermənistan tərəfdən bir nəfər həlak olub, bir neçə hərbi qulluqçu yaralanıb”, deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmən dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində  yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ordusunun bölmələri tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır. -06D- 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button