2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Sərhədsiz reportyorlar”: Həbsxanalarda 60-ı qadın olmaqla, 488 jurnalist var

Bakı/17.12.21 Cümə günü “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada jurnalistlərə qarşı sui-istifadəyə dair illik hesabatı açıqlayıb.

Hesabata əsasən, ötən il həbsdə olan jurnalistlərin sayı rekord həddə artıb – 488 nəfər, daha 65 nəfər girov saxlanılır. Öldürülən jurnalistlərin sayı 46 nəfərdir.

İl ərzində həbs olunan jurnalistlərin sayı 20 faiz artıb. Bu, son 20 ildə maksimum artımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ən çox mətbuat işçisi Birma, Belarus və Çində təqib edilib.

Bundan əlavə, indiyədək eyni vaxtda həbsdə 60 jurnalist qadın olmamışdı. Bu 2020-ci ildə olduğundan 33 faiz çoxdur.

Beşinci ildir ki, dünyada reportyorlar üçün ən böyük həbsxana olan Çin həm də həbsdə qadınların çox olduğu (19) ölkədir. “Sərhədsiz reportyorlar”ın 2021-ci il mükafatı laureatı Çjan Çjan da onların arasındadır və onun sağlıq durumu kritikdir. Belarusda daha çox qadın (17) həbs edilib, nəinki kişi (17). Onların arasında “Belsat” müstəqil kanalının iki müxbiri Darya Çultsova və Katerina Andreyeva da var.

Orta hesabla, hər həftə dünyada bir jurnalist öldürülür. Bu il Meksika və Əfqanıstan yenə də ən təhlükəli ölkələr olublar.

Yəmən və Hindistanın hər birində dörd nəfər öldürülüb, ölkələr üçüncü yeri bölüşürlər.-02D

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button