2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Sərhədsiz Reportyorlar”: “Media haqqında” Qanuna yenidən baxılmalıdır”

Yayımlandı: 9 Fevral 2023 15:05

Təşkilat hesab edir ki, qanun jurnalistlərə qarşı pozuntuları legitimləşdirib

Ötən ilin bu vaxtlarında Azərbaycanda “Media haqqında” yeni qanun qüvvəyə minib.

Saytların yığılması Saytlarin yigilmasi

“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) bunu “Azərbaycan üçün kədərli yubiley” adlandırıb.

Təşkilat özünün “Twitter” hesabında qeyd edir ki, media sektoruna nəzarəti gücləndirən və jurnalistlərə qarşı pozuntuları legitimləşdirən yeni qanunun qəbulundan bir il ötür.

RSF Azərbaycan hökumətindən qanuna yenidən baxılmasını tələb edib.

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib.

Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Bir neçə həftə öncə məsələ yenidən gündəmə gəlib. Səbəbi isə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun verdiyi açıqla olub.

Əhməd İsmayılov
Əhməd İsmayılov, Foto: Azertac

Həmin açıqlamada bildirir ki, son iki ayda Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.

Onlardan160-a yaxınına müsbət cavab verilib, digərlərinin müraciətlərinə baxılır: “Həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib”.

Media reyestrindən keçməyənlərə gəlincə, Əhməd İsmayılov həmin mediaların məhkəməyə veriləcəyini söyləyib: “Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Hökumət mediası müstəqil jurnalistlərin kampaniyasını “qarayaxma” adlandırıb.

Bir neçə media qurumda sifarişli olduğu sezilən materiallarda İrandakı hadisələrdən sonra belə bir kampaniyanın başlanmasının səbəbi sorğulanır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button