2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sərkisyana qarşı ciddi müxalifət cəbhəsi formalaşır –Sabiq dostu Serjə ironik cavab yazdı

“Unutmamalıyıq ki, nə vaxtsa ana çaya qarışan zərərli tullantılar onu tam yararsız hala sala və bütün yatağı hürküdə bilər. Və ola bilsin ki, bunadək ondan ayrılan və hələ də torpaq qoxusu verən qollar məhv olanadək, heç olmasa bir-iki kəndə həyat verə bilər”.

Bunu Ermənistanın keçmiş baş naziri Ovik Abramyan özünün Feysbuk səhifəsində prezident Serj Sərkisyanın siyasi xadimlərin hakim partiyadan ayrılması ilə bağlı bəyanatına cavab olaraq yazıb.

Sərkisyan hakim “Respublika partiyası” nın toplantısında deyib ki, böyük çaylar bütün həyatı boyu inkişafı təmin edir, həyat, çorək və su verir. Ondan ayrılan qollar isə bir daha geri dönmür, quruyaraq yoxa çıxır”.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim “Respublika partiyası”nın sözçüsü Eduard Şarmazanov Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, Sərkisyan hakim partiyadan ayrılanlara demək istəyir ki, sonları olmaycaq.

“Bu xəbərdarlıq yox, reallıqdır. Siyasi əsas və motiv göstərmədən və siyasi proqramı olmadan başqa yolla gedənlərin gələcəyini görmürəm”,-deyə Şarmazanov vurğulayıb.

Şarmazanov hesab edir ki, partiya qarşıdan gələn seçkilərə prezidentin rəhbərliyi ətrafında daha sıx şəkildə gedəcəyindən daha da möhkəmlənəcək. Siyasi müşahidəçilərsə Abramyanın hakim partiyadan gedişini Sərksiyana ciddi zərbə sayırlar. Bu arada Sərkisyanın aprel döyüşlərindən sonra hökumətdə yenilik etməsi nəticəsində işsiz qalan keçmiş müdafiə naziri Seyran Ohanyan da Serjə qarşı müxalifətə keçib.

Şarmazanov prezident Sərksyanın Qaqik Sarukyanın yenidən siyasətə dönməsi barədə dediklərinə də toxunub.

O deyib ki, prezidentin bəyantı göstərir ki, onlar Sarukyanın siyasətə dönməsini alqışlamır və onu siyasi səhnədə görmürlər. “Bu həm də Sarukyanın prezidentvə hakim partiyanın planı ilə yenidən siyasətə dönməsi barədədeyilənlərin doğru olmadığını göstərir”-deyə, Şamrazyan vurğulayıb. Qeyd edək ki, keçmiş baş nazir və hakim “Respublika partiyası”nın sədr müavini Ovik Abramyan yanvarın 24-də hakim partiyanın sədr müavinliyindən istefa verib.

Aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.Seçki ərəfəsində ölkədə müxalifət partiyalarının fəallaşdığı müşahidə olunur. Keçmiş müdafiə naziri Seyran Ohanyanla keçmiş xarici işlər naziri Vardan Oskanyan artıq seçkiyə bir neçə siyasi partiya ilə blok şəklində ketmək qərarına gəliblər.Həmçinin digər müxalifət partiyaları seçkiyə ayrıca blok şəklində gedəcəklərini bəyan ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button