2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Şərq” bazarı sökülməməlidir

Nüsrət İbrahimov: “Mədəniyyət abidəsi olan həmin obyektdən bazar kimi deyil, daha səmərəli istifadə etmək mümkündür”

Saytların yığılması Saytlarin yigilmasi

Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq” Bazarının söküləcəyi barədə məlumat yayılıb. Məlumatda deyilir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb. “Şərq” bazarının da böyük ehtimalla plana düşəcəyi deyilir. Ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcəyi və sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş “İmperial” ticarət mərkəzinə köçürülməsi də deyilir.

Lakin Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Hüseyn Cəfərov məlumatın yalan olduğunu deyib. “Şərq” bazarının mədəniyyət abidəsi hesab edildiyi üçün söküntüsünün real olmadığını söyləyən RİH sözçüsü həmin abidənin sökülməsi ilə əlaqədar heç bir məlumatı olmadığını deyib.

Öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də “Şərq” bazarının söküntüsüylə bağlı nazirliyə heç bir rəsmi məlumatın daxil olmadığı bildirilib.

“MBA” Consultıng Group-un rəhbəri Nüsrət İbrahimov bizimlə söhbətində “Şərq” bazarıın sökülməyəcəyini ehtimal etdiyini deyir. Daşınmaz əmlak üzrə ekspert hesab edir ki, analoqu olmayan həmin obyektlə tarixi əhəmiyyətinə görə belə rəftar edilməməlidir:

“”Şərq” bazarı analoqu, oxşarı olmayan nadir binalardan biridir. Mədəniyyət abidəsi olan həmin obyektdən bazar kimi deyil, daha səmərəli istifadə etmək mümkündür. Şərt deyil ki, ondan bazar kimi istifadə edilsin. Məncə, tarixi əhəmiyyəti olan bina kimi ona dəyməzlər”.

Nigar

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button