2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şərq Tərəfdaşlığı sammiti əsas məsələləri nəzərdən keçirəcək

Bakı/15.12.21 Çərşənbə günü saat 19:00-da Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin 6-cı sammiti keçiriləcək. Onun yekunları ilə bağlı mətbuat konfransı olacaq. Bu barədə Avropa İttifaqının məlumatında deyilir.

Sammitin işində bu birliyin üzvü olan ölkələrin (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova) liderləri iştirak edəcəklər.

Görüşə Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sədrlik edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Sammit sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə, zəruri islahatların aparılmasına, gələcək prioritetlərin müəyyənləşdirilməsinə və qarşıda duran vəzifələrin həlli üçün resursların səfərbər olunmasına sadiqliyini təsdiqləyəcək “, – məlumatda bildirilir.

Ümumi dəyərlər və fundamental prinsiplər Şərq Tərəfdaşlığı siyasətinin əsası olaraq qalır və bunlar aşağıdakılardır:

* demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi;

* azlıqlara mənsub şəxslərin hüquqları da daxil olmaqla, insan hüquq və əsas azadlıqlarının müdafiəsi;

* inkluziv cəmiyyətlərin inkişafına yardım;

*beynəlxalq hüququn prinsip və normalarına tam riayət olunmasının təmin edilməsi.

* Şərq tərəfdaşlığı 2008-ci ildə Avropa İttifaqı tərəfindən təsis edilmiş layihədir.  İştirakçı ölkələrin Avropa İttifaqı siyasi assosiasiyasının və iqtisadi inteqrasiyasını möhkəmləndirilməsinə yönəlib.

Öncə layihədə 6 ölkə  olub, lakin 2021-ci ilin yayında Belarusda insan hüquqlarının kütləvi şəkildə pozulmasına görə Avropanın kəskin tənqidindən sonra bu ölkə iştirakını dayandırıb.-02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button