2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sərvəti dodaq uçuqladan Ağ Ev qrupu

Ağ Evin açıqladığı etik davranış dosyelərindəki məlumatlara görə, ABŞ prezidenti Donald Trumpun qızı İvanka Trump və kürəkəni Jared Kushnerin ümumi sərvətlərinin 740 milyon dollar səviyyəsində olduğu bildirilib.

Yeni açıqlanan sənədlərdə Ağ Evdə çalışan 180 nəfərə yaxın adamın maliyyə varlığı haqında məlumatlar ictimaiyyət ilə paylaşılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Başda ABŞ prezidentinin qızı İvanka və kürəkəni olmaqla, Trampın yaxın qrupunda iştirak edən baş strateq Stiv Bannon, Milli İqtisadiyyat Şurasının sədri Gary Cohn və Trampın məsləhətçilərindən Kellyanne Convayın gəlirləri və mal varlıqları haqqında məlumatlar ortaya çıxmış olub.

Sənədlərə görə İvanka Trump və kürəkəni Jared Kushnerin keçənilki gəlirlərinin 195 milyon dollar səviyyəsində, ümumi sərvətlərinin də təxminən 740 milyon dollar səviyyəsində olduğu açıqlanır.

Tramp kimi (Ağ Evdəki vəzifəsindən əvvəl) özü də daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Jared Kushnerin böyük bir sərvətə malik olduğu ifadə edilir. Bundan başqa, yalnız keçən il 75 milyon dollar gəlir əldə etdiyi bildirilən keçmiş “Goldman Sachs”ın rəhbəri Cohnın ümumi sərvətinin 611 milyon dollara çatdığı qeyd edilir. Stiv Bannonın keçən il 2,5 milyon, i Convayin də 1 milyon dollar civarında gəlir əldə etdiyi məlum olub.

 

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button