2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Sərvətini talayıb, özünü VƏTƏN saymadıqları Azərbaycan!

Gültəkin Hacıbəyli,
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü

Şeyxin oğlu ölkədən getdi. Natiq Əliyevin oğlu lap çoxdan gedib. Cahangir Əsgərovun qızları ondan da əvvəl gedib. Əbülfəz Qarayevin qızı da gedib. Cahangir Hacıyevin və Eldar Mahmudovun ailələri də xaricdədir. Ziya Məmmədovun oğlu da aradan çıxıb. Onunla birlikdə həyat yoldaşı olan Heydər Əsədovun qızı da. İsmət Abbasovun da, Elman Rüstəmovun da övladları illərdir Avropada yaşayır.

Saytların yığılması Saytlarin yigilmasi

Əksəriyyəti övladlarını və ailələrini ölkədən çıxarıb, vətəndaşlıq da alıb, Avropada, Türkiyədə özləri üçün gözəl şərait, imkanlar qurub, biznes müəssisələri açıblar. Hamısının da qızıl bronlu təyyarə biletləri var. İlin istənilən ayı, günü, saatı özlərini hava limanına çatdırsalar havaya qalxan birinci təyyarəyə minib aradan çıxacaqlar. Bu gözəlim məmləkət onlar üçün Vətən deyil. Heç vaxt da olmayıb. Gəlirli biznes müəssisəsidir, obyektdir, şirkətdir, holdinqdir. Burada onları düşündürən yeganə məsələ ölkəni bacardıqları qədər çox, iliyinə, qanına kimi sormaq, talamaq, sərvətlərini mənimsəyib xaricə çıxartmaqdır. Ona görə də Azərbaycana Vətən, azərbaycanlılara soydaş kimi baxmayıblar. Zatən, əksəriyyətinin kökünün-soyunun Azərbaycana heç aidiyyatı da yoxdur. Əksinə, bu zümrədə ermənilərlə qohumluq daha prestij, rejimə sədaqət baxımından daha güvənli sayılır. Çoxu Azərbaycan türkcəsində danışa bilmir, bunu özünə ar bilir, utanır.

Onlarla hər şey aydındır. Bəs biz, bu torpağın gerçək sahibləri?! Bəs bu torpaq uğrunda minlərlə şəhid, qazı verən millətin övladları, bu torpağın hər qarışı babalarının qanı ilə suvarılan milyonlar- biz canımızla, qanımızla, atalarımızın, babalarımızın müqəddəs ruhu ilə bağlı olduğumuz Vətənimizin məhv edilməsinə, dövlətimizin talana məruz qoyulmasına, milli ruhumuzun və mənəviyyatımızın yadellilər və ermənimənşəlilər tərəfindən qəsb edilməsinə nə vaxtadək susacağıq?!

Azərbaycan ziyalıları, sizə səslənirəm, nə vaxtadək öz tarixi missiyanızdan imtina edəcəksiniz?! Ölkənin bu gününüdə də etiraz etməyəcəksinizsə, siz hansı haqla özünüzü ziyalı adlandıracaqsınız?! Bu ölkəni obyekt, gəlir mənbəyi kimi yox, Vətən kimi görən və sevən hər kəsi bizimlə – Milli Şura ilə və Xalqla birlikdə ölkəmizin başına gətirilən müsibətlərə etiraz etməyə çağırırıq. Etiraz mitinqimiz dincdir, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Zamanı 23 senytabr, saat 15.00. Məkanı “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionu. Vətəndaş ol, haqqını tələb et!

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb. Başlıq redaksiyaya məxsusdur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button