2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir

Yayımlandı: 25 Mart 2023 23:00

“Evimizdən köçüb hara gedək?”

Bir qrup Gəncə sakini evində rahat otura bilmədiyi üçün məhkəməyə müraciət edəcək. Bunu Meydan TV-yə Gəncə şəhəri, Əttarlar küçəsinin sakinləri bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Səs-küydən evdə otura bilmirik. Qapı-pəncərəni bağlayırıq, amma xeyri yoxdur. Əsəblərimiz pozulub, sanki hava limanında yaşayırıq”, – sakinlər deyir.  

Onlar şəhərin mərkəzində, “Gəncə qalası” ticarət mərkəzinin bir addımlığında yaşayırlar.

“Bura Gəncə əhalisinin sıx olduğu ərazidir. Şəhərə gələn turistlər də bu bazara üz tuturlar. Bazarın yaxınlığında da mağazalar fəaliyyət göstərir. İridiametrli ağaları kəsən alətləri təmir edən mağaza da var. Alətləri işə salırlar, motorların səsi maşınların, insanların səsinə qarışır. İstirahətimiz yoxdur, nə yata, nə də dinələ bilirik”,-sakinlərdən Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, sakinlər mağaza sahiblərinə, polisə, eləcə də digər aidiyyatı qurumlara müraciət ediblər. Amma nəticəsi olmayıb. Onlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər:

Son çarə məhkəmədir. Satıcılar deyirlər ki, vergi verirlər, buna görə də səs-küyün yaranması onların problemləri deyil. Təsəvvür edin ki, gecə-gündüz motorlar işləyir, avadanlıqları işə salırlar, yoxlayırlar və səs-küy kolometrlərlə məsafəyə yayılır. Bizi nəzərə almırlar, bəs şəhərə gələn qonaqları niyə fikirləşmirlər? Evimizdən köçüb hara gedək?”

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, onlara bununla bağlı şikayət daxil olubsa, araşdırılacaq.

“Mən məlumatsızam, amma şikayət daxil olubsa, mütləq araşdırılır, yəqin ki, obyekt sahiblərinə xəbərdarlıq edilir”,- icra hakimiyyətinin xanım əməkdaşı bildirib.

Memar Səməd Quliyev isə Meydan TV-yə söyləyib ki, təkcə Gəncədə deyil, Bakıda da səs çirklənməsi böyük problemə çevrilib.

“Səs böyük ekoloji təsirdir. Səs getdikcə, tədricən insan beynini korlayır. İnkişaf etmiş ölkələrdə bu məsələ mütləq nəzərə alınır. Bizdə də gecə saatlarında səs-küyün olmamasına dair sərəncam var, amma bu sərəncama baxan yoxdur”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button