2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Səudiyyə Ərəbistanı neftə rekord endirimlər təklif edir

Səudiyyə Ərəbistanı, ölkədə istehsal olunan neftə əhəmiyyətli endirim elan edir. Bloomberg-in məlumatına görə, “Saudi Aramco” dövlət şirkəti tərəfindən istehsal olunan neftin aprel ayında tədarükü bir barrel üçün 4-6 dollar ucuzlaşacaq, ABŞ alıcıları üçün endirimlər daha da artacaq.

Bu addım Rusiyanın ən böyük neft ixrac edən ölkələrin yanacaq istehsalını əlaqələndirdiyi OPEC + sazişindən çıxmasına reaksiya olaraq görülür. Koronavirus infeksiyası epidemiyası səbəbindən neftə təlabatın azalması ilə əlaqədar Vyanada aparılan son danışıqlar uğursuzluqla nəticələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Vyanadakı görüşdən sonra dünya bazarında neftin qiyməti təxminən 8 faiz ucuzlaşaraq bir barrel üçün 45 dollara yaxınlaşıb. Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin endirimlərlə bağlı qərarı, ehtimal ki, qiymətlərin daha da aşağı düşməsinə səbəb olacaq.

Belə bir vəziyyət Səudiyyə Ərəbistanı kral ailəsinin bir neçə üzvünün çevriliş hazırlamaq ittihamı ilə tutulması barədə xəbərlərdən sonra baş verməkdədir.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button