2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Səudiyyə Ərəbistanında qadınlara daha bir hüquq verildi

Səudiyyə Ərəbistanının Əmək Nazirliyi qadınların iş hüquqları ilə bağlı yeni qərar qəbul edib. 24saat.org saytı anspress-ə istinadən xəbər verir ki, əmək nazirinin məsləhətçisi Əbdül Mana əş-Şəhrinin ötən gün verdiyi açıqlamaya görə, qadınlar ailəvi parklarda, ailə restoranlarında, mühasibat işlərində və qadın əşyaları satılan mağazalarda işləyə bilər.

Əş Şəhri verdiyi açıqlamada əlavə edib ki, qadınlar təbiətlərinə uyğun işlərdə işləyə bilər. İş yeri sahibi olmasına icazə verilən, ancaq bu iş yerində işləməsi qadağan olan qadınların, krallıqda təhlükəsizlik və sağlamlıq baxımından 21 ixtisas üzrə işləməsi qadağan edilib.

Bu sahələrə mədən, çörəkxana, inşaat, boyaçılıq, elektronika, restoran sahələri daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin avqustundan etibarən Səudiyyə Ərəbistanında ölkə tarixində ilk dəfə olaraq seçkilərdə qadınların da namizəd olmaq hüququ tanınıb.

2013-cü ildən etibarən isə bu ölkədə qadınlara vəkil kimi işləməyə icazə verilib. O zamana qədər Səudiyyə Ərəbistanında hüquq fakultəsi üzrə təhsil almış qadınların yalnız hüquq məsləhətçisi kimi işləmələrinə icazə verilirdi.

Bu səbəbdən belə qadınlar həm təcrübə qazanmaq, həm də yaxşı vəzifələrdə işləmək üçün Avropa ölkələrinə üz tuturdular.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button