2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Səudiyyə Ərəbistanında rejim yumşalır

Səudiyyə Ərəbistanı kralı Salman ilk dəfədir ki, qadınlara avtomobil sürməyə icazə verən qərar çıxarıb, dövlət mediası deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliklər 30 gün ərzində hesabat hazırlayacaq və qərar 2018-ci ilin iyun ayına qədər həyata keçiriləcək.

Səudiyyə Ərəbistanı qadınların sürücülük etməsini qadağan edən yeganə ölkədir.

Mövcud sistemə görə, yalnız kişilərə sürücülük lisenziyası verilir və əgər qadınlar sürərsə, ictimai təhlükə adı altında ya həbs oluna, ya da cərimələnə bilərlər.

Bu səbəbdən bir çox ailə qadınların daşınması üçün xüsusi sürücülərdən istifadə etmək məcburiyyətində qalır.

Krallıqdakı hüquq müdafiəçiləri, bir neçə ildir ki, qadınların sürücülük etməsinə icazə verilməsi üçün kampaniya aparırdı və onlardan bəziləri bu qaydanı pozduğu üçün həbs olunub.

“Kral fərmanı yol hərəkəti qaydalarını, o cümlədən kişilər və qadınlar üçün sürücülük lisenziyalarının verilməsini də tətbiq edəcək”, Səudiyyə mətbuat agentliyi (SPA) bildirib.

 

Bu fərman Səudiyyə Ərəbistanı üçün önəmlidir. Çox yaxşı təhsil almış və iddialı olan Səudiyyə qadınları onilliklərdir ki, öz ölkələrinin iqtisadiyyatına tam şəkildə qoşulmaq şanslarını gözləyirdilər.

Onların ailələri cənub və cənub-şərq Asiya ölkələrindən gətirilən sürücüləri işə götürmək, onları evlə təmin etmək, dolandırmaq və sığortalamaq kimi işlər üçün büdcələrini sıxırdılar. Hazırda təxminən 800 min xarici Səudiyyə qadınlarınına sürücülük edir.

Vəziyyətin bu qədər uzun müddətdə eyni qalmasına səbəb “onlar sürmək üçün çox axmaqdır” və ya “bu cinslərə qarşı dözülməz birləşməyə gətirib çıxaracaq” kimi fikirlər söyləyən dindar mühafizəkarlar olub.

Buna baxmayaraq, bu fərman Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Mohammed bin Salman tərəfindən irəli sürülən “Vision 2030” adlı proqrama uyğun olaraq, Səudiyyə cəmiyyətini modernləşdirmək və dünya ilə daha çox bir araya gətirmək məqsədi daşıyır. (BBC Azərbaycanca)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button