2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Səudiyyə Ərəbistanının paytaxtına raket zərbəsi endirildi

Səudiyyə rəsmiləri raket zərbəsi barədə xəbərləri təkzib edərək partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışırlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbəsi endirilib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən məlumat verir. Məlumata əsasən, “Borkan-1” raketi şəhərin qərb kənarındakı hərbi bazaya düşüb. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Məlumatda qeyd olunur ki, Səudiyyə rəsmiləri raket zərbəsi barədə xəbərləri təkzib edərək partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışırlar. Həmçinin, xəbərdə Ər-Riyadda fövqəladə vəziyyət elan olunduğu vurğulanır. Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” təşkilatının nümayəndələri raket zərbəsi barədə məlumatı təsdiq ediblər. Onlar zərbənin Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehə sadiq qüvvələr tərəfindən endirildiyini bəyan ediblər. Səudiyyə Ərəbistanı Yəməndə eks-prezident Abd Rabbo Mənsur Hadini hakimiyyətə qaytarmaq istəyən beynəlxalq koalisiyaya rəhbərlik edir. Koalisiya qiyamçı husilərin “Ənsar Allah” hərəkatı, eks-prezident Əli Abdulla Salehə sadiq qüvvələrlə mübarizə aparır. Ölkədə “Əl-Qaidə” və İŞİD-in silahlıları az deyil.

Saytların yığılması Saytlarin yigilmasi

 

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button