2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Səudiyyə kralı özünə yeni varisi seçdi

Səudiyyə kralı oğlu Məhəmməd ibn Salmanı taxtın varisi seçib və onu yeni vəzifəyə – baş nazirin müavini postuna təyin edib.

Məhəmməd ibn Salman ölkənin müdafiə naziri vəzifəsini tuturdu.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl varis elan olunmuş 57 yaşlı Məhəmməd ibn Naif (kralın qardaşı oğlu) bu tituldan məhrum edilib, eyni zamanda daxili işlər naziri postundan uzaqlaşdırılıb.

“Al Arabiya”nın məlumatına görə, kral səudiyyəliləri yeni varisə sadiq olmağa çağırıb.

İbn Naif uzun illərdir krallıqda “Əl-Qaidə”yə qarşı antiterror əməliyyatlarına rəhbərlik edirdi. Onun fəaliyyətinin son vaxtlar zəiflədiyi, getdikcə bütün imtiyaz və nüfuz dairəsini itirdiyi bildirilir.

“Reuters”in xəbərinə görə, Naif artıq yeni varisə sədaqət andı içib.

“Blumberq”in yazdığına görə, yeni təyinat ibn Salmana krallığın neftdən asılılığını azaltmaq üçün geniş imkanlar yaradacaq.

Salman ərəb ölkələri ilə Qətər arasında yaranmış böhranla bağlı açar fiqurlardan biri sayılır, həmçinin Səudiyyənin Yəməndəki hərbi əməliyyatlarını kurasiya edir.

Ekspertlər Yəməndəki savaşın təşəbbüskarı və İranla gərginlik satrategiyasının müəllifi olaraq ibn Salmanı təhlükəli fiqur hesab edirlər.

 

Gültəkin

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button