2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Şəxsən mənim Həsən Həsənova rəğbətim var idi, amma…”

Rusiyanın sabiq xarici siyasət idarəsinin rəhbəri Yevgeni Primakovun  1988-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin Milli Azadlıq Hərəkatı və Azərbaycandakı ictimai-siyasi hadisələrlə həsr olunmuş “Vstreçi na perekryostkax” adlı kitabı çapdan çıxıb.
Siyasi icmalçı, o dövrün sənədli materialları əsasında “Qarabağ tələsi” kitabının hazırlamış Tahir Cəfərli isə Moderator.az-a açıqlamasında bildirib ki, Primakovun yazdıqları yalandır. T.Cəfərli Primakovun o zaman Mərkəzi Komitənin katibi olmuş Həsən Həsənovun  oyuncağı olduğunu qeyd edib. Həmçinin H.Həsənov barəsində bir sıra ittihamlar səsləndirib. Bildirib ki, o zaman Mərkəzi Komitənin qarşısına yığılanlar da Həsən Həsənovun piarın aparırdılar. Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Anar və digərləri tribunadan “azadlıq” yox, “Həsən Həsənov qışqırın” deyirdilər.
Moderator.az T.Cəfərlinin ittihamlarına Xalq şairi Sabir Rüstəmxanlının münasibətini öyrənib.
S.Rüstəmxanlı  ilk öncə Primakovla bağlı fikirlərini bölüşüb:
“Mən Primakovun fikirlərini oxumamışam, oxumadığım bir məsələ haqqında da söz demək çətindir. Amma şübhəsiz ki, əldə edib,  baxacam. İlk öncə qeyd edim ki, Moskvadan baxıb Bakıdakı hadisələrə qiymət vermək yanlışdır. Primakov əslində 1990-cı il yanvar hadisəsinin günahkarlarından, o faciənin məsuliyyətini daşıyanlardan biridir. Primakov o vaxt çox böyük nüfuz sahibi idi, Azərbaycanla da köhnədən bağlılığı var idi, bəzi şəxsləri tanıyırdı. O cümlədən də sonradan hakimiyyətə gəlmiş mərhum Heydər Əliyevi yaxından tanıyırdı. Qarbaçovdan sonra hakimiyyətə ən iddialı adamlardan biriydi və çoxları uzun müddət düşünürdü ki, SSRİ-nin və Rusiyanın sonrakı taleyi Primakovdan asılıdır. Putin gözlənilmədən Primakovun bütün planlarını pozdu. Primakov1990-cı ildə Azərbaycana gəlib, gedirdi və milləti aldadanlardan biri idi. Tökülən qanlarda Primakovun da birbaşa günahı var”.
Xalq şairi daha sonra Mərkəzi Komitənin qarşısındakı tribunadan “azadlıq” yox, “Həsən Həsənov qışqırın” şüarının səsləndirilməsi haqqında danışıb:
“Bu cür ancaq Meydan hadisələrindən xəbərsiz adam danışa bilər. Meydanda şübhəsiz ki, hakimiyyət iddiasında olan adamların öz tərəfdarları da var idi. Ola bilsin birinin yüz, digərinin iki yüz tərəfdaşı olardı. Amma ümumiyyətlə bir milyon, bir milyon yarım insan heç bir liderin adını bir yerdə çağıraraq kiminsə tərəfin tutmayıb. Sadəcə Həsən Həsənov da o zaman hakimiyyətdə olan şəxslərdən biri kimi, Mərkəzi Komitənin digər işçiləri kimi gəlib orada çıxış edib. Bizdən soruşub ki, necə çıxış etməliyəm, biz də bildirmişik ki, sözün düzünü deməlisiniz. O da sözün düzünü, real vəziyyəti deyib və buna görə ola bilsin ki, onu fitə basmayıblar, meydandan qovmayıblar. O vaxtkı vəzifə sahiblərinin çoxunun çıxışına qulaq asmırdılar, meydandan qovurdular.  Ancaq bu heç də o demək deyil ki, bütün meydan H.Həsənovun tərəfində idi və onu müdafiə edirdilər. Qətiyyən belə deyildi.
H.Həsənovun müəyyən addımları ona cəmiyyətdə rəğbət qazandırmışdı. O, öz mədəniyyətinə, tarixinə bağlı, xalqını sevən insan idi. Hakimiyyət mübahisələrində, Kommunist partiyasına rəhbərlik etmək məsələsində Ayaz Mütəllibovla onun da adı hallandırılırdı. Bütün bunlar da Moskvada həll olunurdu, meydanın buna təsiri çox az idi. Meydan sadəcə birini çox istəyirdi, digərini az. Amma bu o demək deyil ki, biz hamımız Həsən Həsənov deyə qışqırırdır. Şəxsən mənim H.Həsənova rəğbətim var idi, ideoloji məsələlərə başçılıq edəndə Azərbaycanla, mədəniyyətimizlə bağlı gördüyü işlərə görə ona daha çox ürək qızdırırdım”.
S.Rüstəmxanlı onu da vurğulayıb ki, Meydan hadisələrində məqsəd  hansısa şəxsin hakimiyyətə gəlməsi yox, Azərbaycanın SSRİ-nin tərkibindən ayrılması idi:
“Meydanda heç birimizin ürəyindən keçmirdi ki, bu məmur çıxsın və yerinə başqası gəlsin. Biz bütövlükdə Moskva rejiminə qarşı çıxış edirdik. Azərbaycan SSRİ-dən ayrılsın və öz taleyini demokratik yolla özü həll eləsin. Bunu hansısa bir şəxsiyyətin adıyla bağlamaq sadəlövlük olardı və meydan da belə səhvlərə yol verməzdi. Meydanı hazırlayanlar o vaxta qədər müxtəlif dərnəklərdə birləşmiş şəxslər, gənc demokratik qüvvələr idi. Meydanın tanıdığı, sevdiyi, çiynində qaldırdığı, sözünə inandığı şəxslər var idi. Meydan onları bir kənara buraxıb o vaxtkı məmurların hansınınsa tərəfini saxlamazdı.
Bir daha qeyd edim ki, meydanda hamının tərəfdarları var idi, Mütəllibovun da, Heydər Əliyevin də, Vəzirovun da. Ola bilsin onlar arasında H.Həsənovun da adamları olub. Amma yenə deyirəm, onlar meydanın çox az hissəsiydi və meydana təsir imkanları yox idi. Sonradan Heydər Əliyevin tərəfdarlarının sayı çoxaldı və nəticədə onun hakimiyyətə gəlməsinə təsir göstərdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button