2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

S.Store: “Norveç vətəndaşlığından imtina edib Azərbaycan vətəndaşlığını seçirəm”

20 yaşlı Norveç idmançısı, güləşçi Siqne Mari Fidye Store Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bildirməklə bütün ölkəyə səs salıb.

Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış istedadlı idmançını bu bəyanatla çıxış etməyə Norveç Güləş Federasiyası ilə münaqişə vadar edib. Siqne Mari hesab edir ki. federasiya qadın güləşinə lazımınca diqqət ayırmır.

Saytların yığılması Saytlarin yigilmasi

“Federasiya qızları yarışlara yollamır. Bu azmış kimi, bizdən 30 min kron tələb edilir ki, federasiyaya üzv olaq. Bu cür münasibət davam edərsə, vətəndaşlığımı dəyişib, qadın güləşinə diqqət yetirilən ölkənin komandasında çıxış edəcəyəm. Azərbaycan belə ölkədir. Norveç vətəndaşlığından imtina edib Azərbaycan vətəndaşlığını seçəcəyəm”, – idmançı deyib.

Norveçli qız dediyini edərsə, Azərbaycan komandasının tərkibində yalnız Olimpiadadan sonra çıxış edə biləcək. Doğrudur, bunun üçün ən vacib şərt Azərbaycan Güləş Federasiyasının skandinaviyalı güləşçini milli komandaya daxil etmək arzusunun olub olmamasıdır.

Siqne Mari Olimpiya Oyunlarında 69 kiloqrama qədər çəki dərəcəsində çıxış etməlidir. O, qadın güləşi üzrə olimpiya yarışlarında çıxış etməy hüququ qazanmış ilk norveçlidir. İdmançı özünü olimpiya medalına namizədlərdən biri hesab edir. Mütəxəssislər də bildirirlər ki, Fidye Store Rio-de-Janeyroda qalib gəlməyə qadirdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button