2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Saakashvili Ukraynada islahat şurasına rəhbərlik edəcək


Ukrayna prezidenti Volodymyr Zelenskiy keçmiş Gürcüstan prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili-ni İslahat Məsələləri üzrə Ukrayna Milli Şurası İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

Zelenskiy bilirib ki, Saakashvili-ni bu təyinat münasibətilə ürəkdən təbrik edir və onun suranın işinə yeni təkan verəcəyinə və ölkə həyatında mühüm dəyişikliklərin reallaşdırılmasına köməklik göstərəcəyinə ümid bəsləyir.

Saytların yığılması Saytlarin yigilmasi

RBK Ukrayna agentliyi bildirir ki, İslahat Məsələləri üzrə Milli Şura 2014-cü ildə yaradılıb və prezident yanında xüsusi məşvərətçi orqandır.

Bundan əvvəl xəbər verilmişdi ki, Mikheil Saakashvili-yə hökumətdə vəzifə tutmaq təklifi edilib.

Saakashvili-nin özü də bildirmişdi ki, prezident Volodymyr Zelenskiy ona baş nazirin islahatlar üzrə müavini olmaq təklifi edib.

 

Baş nazirin müavinliyi alınmayıb

Lakin Saakashvili-nin hökumətdə yer ala biləcəyinə dair xəbərlər hakim “Xalqın xidmətçisi” fraksiyası tərəfindən kəskin tənqid edilmiş və az qala Gürcüstanla Ukrayna arasında beynəlxalq qalmaqala səbəb olmuşdu.

Ukrayna mediası xəbər verirdi ki, Saakaşvili-nin baş nazirin müavini vəzifəsinə təsdiqlənməsi üçün parlamentdə kifayət qədər dəstək yoxdur.

Senzor.net saytının verdiyi xəbərə görə, hökumət Saakashvili-nin təyinatı barədə təqdimatı da məhz bu səbəbdən geri götürüb.

Mikheil Saakashvili-nin özü də bildirib ki, ona başqa vəzifə təklif olunub, lakin məsələ bir qədər uzanır.

Saakashvili-nin Ukraynada baş nazirin müavini təyin olunacağına dair xəbərlər yayılandan bəri Tbilisi keçmiş prezidentin ekstradisiyası barədə məsələni yenidən qaldırıb və Kiyevdən izahat gözlədiyini bəyan edib.

Gürcüstanda keçmiş prezident Mikhail Saakashvili-yə qarşı bir neçə cinayət işi qaldırılıb və o qiyabi olaraq azadlıqdan məhrum edilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button