AZ24SAAT.ORG

Now Reading:
Saakaşvili Avropa Məhkəməsinə üz tutdu

Vəkil: ”Siyasətçinin öz hüquqlarından istifadəe tməyə imkan verilməyib”

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Bu barədə “Ria Novosti” məlumat yayıb. Məlumatda bildirilir ki, vəkillər Saakaşvilinin Ukraynada ədalətli mühakimə olunmaması ilə bağlı şikayət ediblər.

M.Saakaşvilinin vəkili Ruslan Çernolutskinin sözlərinə görə, Ukrayna hökuməti siyasətçinin öz hüquqlarından istifadə etməsinə imkan verməyib:

“Saakaşvilinin sığınacaq əldə etməyə çalışdığı və Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı şikayət etdiyi məqamda Ukrayna hökuməti prosedur məsələlərinin başa çatmasını gözləmədən onu ölkədən xaric edib”.

Vəkil deyib ki, bütün qanun pozuntuları müraciətdə öz əksinin tapıb.

Ukrayna hökuməti fevralın 12-də M.Saakaşvilini Polşaya deportasiya edib. Buna səbəb kimi onun payızda Ukrayanaya Polşadan qeyri-qanuni yolla gəldiyi göstərilib. Saakaşvili Polşadan Hollandiyaya gedib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.