Now Reading:
Saakaşvili Gürcüstanda inqilab proqnozlaşdırdı

Gürcüstanın paytaxtı Tiflisdə narkosiyasətin liberallaşdırılması üçün keçirilən etiraz aksiyaları milyarder Birzina İvanaşvilinin qeyri-formal idarəetməsindən yaranan daha dağıdıcı proseslərə səbəb olacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri “Rustavi 2” telekanalına açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Bu gün Gürcüstanda, xüsusən də gənclər arasında işsizlik və bir çox digər sosial problemlər baş verir. Bunun arxasında qeyri-formal olaraq oliqarx İvanaşvili dayanır”, – Saakaşvili qeyd edib.

Gürcüstanda faktiki olaraq real müxalifətin məhvində və hakimiyyətin milyarder İvanaşviliyə keçməsində msuliyyət daşıyıb-daşımadığı ilə bağlı suala sabiq prezident belə cavab verib ki, hakimiyyət dəyişikliyi onun səhvləri səbəbindən baş verib

O bildirib ki, Ermənistanda baş verən hadisələr Gürcüstanda etirazlar üçün böyük əhval-ruhiyyə yaradıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.