2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Saakaşvili Gürcüstanı necə dəyişdi? – İslahatların tarixi

Mixail Saakaşvili MDB məkanında ən çox müzakirə olunan siyasətçilərdəndir. O, postkommunizm dövrünün yeni nəsil siyasətçilərdən sayılırdı və siyasi karyerası boyu daim ziddiyyətli qiymətlər alırdı.

Bəs, Mixail Saakaşvilinin siyasi karyerasına nələr aiddir, xüsusən onun 10 illik Gürcüstan prezidentliyi dövründə ölkəsinə nə qazandıra bilib?
2003-cü il noyabrın 2-i müasir Gürcüstanın tarixinə qızılgül inqilabı adı ilə daxil oldu. Həmin tarixdə ölkədə parlament seçkiləri baş tutdu. Seçkilərin saxtalaşdırıldığını elan edən “Vahid Milli Hərəkat”, “Burcanadze-Demokratlar” və s. müxalif partiyalar etirazlara başladılar.
Noyabrın 22-də onlar əllərində qızılgül dəstələri ilə parlamentə daxil oldular Növbəti gün hakimiyyət dinc yolla Eduard Şevardnadzedən müxalifətin əlinə keçdi. 2004-cü il yanvarın 4-də baş tutan prezident seçkilərində Mixail Saakaşvili qalib gələrək (96,27%-lə) prezident seçildi.
Beləliklə, 2013-cüç ilin noyabrına qədər davam edəcək Saakaşvili erası başladı.
Mixail Saakaşvili islahatları ölkənin maliyyə, təhlükəsizlik və sosial sferalarda önəmli dəyişikliklərə yol açdı.
Dövlət idarəetməsində islahatlar…
Saakavşilinin dövründə Gürcüstanda dövlət orqanlarının və orada çalışan işçilərin sayı ciddi şəkildə azaldıldı, paralel olaraq yerdə qalan işçilərin maaşlarında artım oldu. Saakaşvilinin liberal islahatlarının daha bir özəlliyi hər hansı qurumun işçilərinin bütünlüklə işdən çıxarılması və onların yerinə yeni işçilərin toplanmasından ibarət idi. Bunun ən bariz nümunəsi kimi Yol Polis İdarəsini göstərmək olar. İdarə tamamilə ləğv olundu və bütün işçilər (13 min nəfər) vəzifəsindən çıxarıldı, 2 ay ərzində isə Amerikasayağı tərzdə və üslubda yeni patrul polisi yaradıldı. Doğurdan da, bundan sonra gürcü polisləri arasında rüşvət halları tamamilə yoxa çıxdı. Əgər hər hansı polis 50 dollar məbləğində rüşvət alsa idi, onu 10 illik həbsə göndərirdilər. Bütün bu sərt, radikal islahatların məntiqi nəticəsi olaraq əhalinin polisə olan inamı 2003-cü ildəki 5%-dən 2013-cü ildə 88%-ə qədər yüksəldi.
Saakaşvilinin digər xidməti isə bürokratik yoxlamaların azaldılması oldu. Məsələn, yanğınsöndürmə müfəttişliyi ləğv olundu, bunun ardınca ölkədə baş verən yanğınların sayı da azaldı.
-Nəqliyyat vasitələrinin icbari texniki baxışı ləğv olundu. Bunun nəticəsi olaraq 2003-cü ildə hər 1000 avtomobilə baş verən ərzaqların sayı 2003-cü ildə 1,79 idisə, 2013-cü ildə 1,05-ə düşdü.
-Ölkədə antiinhisar xidməti ləğv olundu və qiymət artımı ilə bağlı reydlər dayandırıldı
-Topdan satış mərkəzlərində və supermarketlərdə bəzi dərmanların satışına icazə verildi və əlavə dərman yoxlamaları dayandırıldı
-Tikinti icazəsi maksimum asanlaşdırıldı, eyni zamanda insanların həyatına təhlükə törədən tikinti qəzaları ilə bağlı Cinayət Məcəlləsi sərtləşdirildi
-Məhsulların məcburi sertifikasiyası yerinə könüllü standartlaşması tətbiq olundu
-QHT yaratmaq üçün prosedur 3-5 dəqiqə vaxt alır
Gürcüstanın təcrübəsi ölkədə işlək olmayan nəzarət mexanizmlərinin və əlavə korrupsiya risklərinin azaldığını sübut edib.
Özəlləşdirmə – Saakaşvili hökuməti bu sahədə əsas prinsip olaraq: “vicdandan başqa, hər şeyi satmaq olar” prinsipini elan etmişdi. Belə yanaşma nəinki mehmanxanaları, həmçinin, energetika və su təsərrüfatlarını da özəlləşdirməyə imkan verdi. Digər bir önəmli qərar isə Tbilisi istisna olmaqla ölkə ərazisində torpaq kateqoriyalarının ləğv olunması oldu. Buna qədər, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi korrupsiya mənbəyi idi.
-Gürcüstanda pensiya fondu və sığorta fondları yoxdur. Bunların yerinə dövlət büdcəsindən həmin sahələrə vəsaitlər ayrılır. Bu addımlar dövlət xərclərini azaltmağa və bürokratik aparatın qarşısını almağa imkan verir.
-Dövlət bütün xəstəxanaları biznesin şəxsi idarəsinə verdi. Bununla yanaşı, razılaşmaya əsasən, həmin xəstəxanalar uzun müddət öz profillərini dəyişməz saxlayacaqlar.
 -Aztəminatlı ailələr istisna olmaqla (onlara dövlət yardım ayırırdı), digər kateqoriyalardan olan vətəndaşlar tibbi sığortanı və tibbi xidmətləri pulla almalıdırlar.
-3 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı qocaların bütün müalicə xərcləri dövlətin üzərinə düşür, digər yaş qruplarında isə yoluxucu xəstəliklərdən əziyyət çəkən vətəndaşlara yardım ayrılırdı.
-“Ucuz sığortalanma” proqramı sayəsində orta təbəqə nümayəndələri də sığorta ala bilirdilər.
– Ünvanlı sosial yardım sayəsində isə Saakaşvili islahatları daha bir özəlliyi ilə seçilirdi. 150 konkret formul sayəsində kasıb ailə kasıb olmayan ailədən fərqləndirə bilirdi. Ailə müraciət göndərir və agentlik nümayəndəsi ailənin doğurdan da, sosial yardıma ehtiyacının olub-olmadığını şəxsən yoxlayırdı. Belə yoxlamalar 2 ildə 1 dəfə həyata keçirildi.
Vergi sahəsində islahatlar
-Vergi növlərinin 22-dən 7-yə qədər azaldılması.
– Vergi amnistiyası və vergi “təmizləmələri” sayəsində bu sahədə yeni başlanğıcın əsas qoyuldu.
– Bundan başqa, gəlir vergisi 15%-ə endirilərək əcnəbi kapitala əlverişli şərait yaradıldı
Gömrük islahatları
 
Liberal gömrük islahatları ölkənin ixrac qabiliyyətini artırmağa hesablanmışdı.
-İdxal və ixrac kvotaları aradan qaldırıldı
-16 gömrük tarifinin yerinə 0%, 5% və 12%-lik tariflər müəyyən olundu. Ölkəyə gətirilən məhsulların 90%-nə məhz 0%-lik tarif tətbiq olunurdu.
Lakin Gürcüstandakı islahatlar bir sıra mənfi nəticələr də doğurdu. Xüsusən, 2008-ci ilin 5 günlük avqust döyüşləri Mixail Saakaşvilinin karyerasında ən böyük siyasi məğlubiyyəti hesab olunur. Müharibə Abxaziya və Cənubi Osetiyanın faktiki itirilməsi ilə yanaşı, böyük iqtisadi problemlərə səbəb oldu.
Həmçinin, onun başlatdığı islahatlar paketinin uğursuzluğuna səbəb olan amillərdən biridir. Belə ki, müharibə nəticəsində uzun illər boyu yığılan stabilləşdirmə fondunun vəsaitləri dövlət büdcəsindəki kəsrlərin ləğvinə yönəldi. Fondun pulları Abxaziya və Cənubi Osetiyanın bərpası üçün nəzərdə tutulmuşdu. Müharibə ölkəyə yatırılan xarici investisiyaların həcminin azalmasına səbəb oldu.
2013-cü ilin oktyabrında Mixail Saakaşvili prezidentlik səlahiyyətlərinin bitməsini gözləmədən Brüsellə uçdu. 2014-cü ilin iyulundan isə ona qarşı bir neçə maddə üzrə cinayət işi açıldı. İndi o, öz ölkəsinə gedə bilmir.
Keçmiş dövlət başçısı 2015-ci ilin mayın 30-dan Ukraynanın Odessa vilayətinin qubernatorudur. Burada d bir sıra islahatları ilə diqqətləri özünə çəkən Saakaşvili nə vaxtsa Gürcüstana geri dönəcəyinə ümidini ifadə edir.
Bir neçə gün öncə Saakaşvili Ukraynadakı tutduğu postdan istefa verdi.
Modern.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button