SEÇMƏ

Saakaşvili ilə bağlı tibbi rəy: “10 diaqnoz məhbəslə ziddiyyət təşkil edir”

Yayımlandı: 3 Dekabr 2022 18:29

“Jamnews”un materialı

Sinir-əsəb qastroenteroloji sahələrdə, dayaq-hərəkət sistemində və görmə qabiliyyətində ciddi porblemlər var

“Empatiya” mərkəzinin tibbi ekspertləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin sağlamlığı ilə bağlı tibbi rəy dərc edib.

Onda 20-dən çox diaqnoz aşkarlanıb, bunların 10-u əsasdır və Saakaşvilinin vəziyyəti məhbəs şəraiti ilə ziddiyyət təşkil edir, –  tibb işçiləri xəbər verib.

“Empatiya” mərkəzində deyirlər ki, əsas diaqnozlar məxfi saxlanılır.

Dekabrın 1-də Saakaşvilinin vəkili Şalva Xaçapuridze müvəkkilinin azad olunması və ya hökmün çıxarılmasının təxirə salınması ilə bağlı məhkəməyə yazılı şəkildə müraciət edib.

Mixail Saakaşvilinin tibbi müayinəsini on gürcü və altı beynəlxalq ekspertdən ibarət komissiya aparıb. Həkimlər eks-prezidentin sağlamlığını 2022-ci il iyunun 1-dən noyabrın 28-dək  müşahidə ediblər. Hazırlanmış rəy 194 səhifədən ibarətdir və 22 əlavəsi var – cəmi 2 980 səhifədir.   

Rəydə Mixail Saakaşvilinin sağlamlığı ağır kimi qiymətləndirilir. Saakaşviliyə adekvat diaqnostika və müalicə imkanı yaratmasalar, qoyulmuş ayrı-ayrı diaqnozlar sabiq prezidentin sağlamlığının bərpa olunmaz şəkildə pisləşməsinə, həyatının qısalmasına və hətta ölümə səbəb ola bilər.

“Empatiya” mərkəzi qeyd edir ki, Mixail Saakaşvilinin sinir-əsəb qastroenteroloji sahələrdə, dayaq-hərəkət sistemində və görmə qabiliyyətində ciddi porblemlər var.

Bundan əlavə, Saakaşvilidə qeyri-müəyyən etiologiyalı qızdırma, anoreksiya, çəkinin sürətlə itirilməsi, əzələ, oynaq və sümük ağrıları, bədəndə qıcıqlanmalar və əzələ qıc olmaları aşkar edilib ki, bütün bunlar “naməlum yoluxucu prosesin və ya mümkün intoksikasiyanın nəticəsi” ola bilər.

Rəydə yazıldığı kimi, eks-prezident Saakaşvili həbs edilməzdən əvvəl praktiki olaraq sağlam idi – o, sadəcə arterial hipertenziyadan əziyyət çəkirdi və bununla bağlı simptomatik dərmanlar, həmçinin postkovid depressiyası əleyhinə bəzi preparatlar qəbul edirdi.

Məhbəsdə keçirilən bir il nəticəsində o, sağalmaz xəstəliklərə düçar olub.

Saakaşvili hazırda müalicə aldığı “Vivamed” klinikasında qalmamalıdır, məhbəsə qayıtmazdansa söz belə gedə bilməz, belə ki, adıçəkilən müəssisələrdə tammiqyaslı toksikoloji müayinə aparmaq mümkün deyil, – “Empatiya” mərkəzinin ekspertləri hesab edirlər. 

Orada Saakaşvilinin zəhərlənmə, o cümlədən kimyəvi birləşmə və radioaktiv maddələrdən zəhərlənmə halı ilə bağlı müayinə olunmasını tələb edirlər, çünki intokskasiyanın müəyyən edilməmiş şəkli ehtimalı var.

“Əks halda Saakaşvili zəhərlənmə ehtimalı səbəbindən komaya düşmək və hətta həyatını itirmək kimi rüisklə üz-üzədir”, – rəydə qeyd olunur.

Meydan TV

Gözdən qaçırmayın:  İntim videosu yayılan polkovnikin işində FHN də zərərçəkəndir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button