2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Saakasvili Ukrayna hökumətinə dəvət edilib


Ukrayna prezidenti Volodymyr Zelenskiy Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-yə Ukrayna baş nazirinin islahatlar üzrə müavini postunu təklif edib.

Bu barədə məlumatı Saakashvili-nin özü Facebook səhifəsində yayıb:

 

Saytların yığılması Saytlarin yigilmasi

Saakashvili-nin sözlərinə görə o, Ukrayna hökumətində mümkün işi barədə məsələni baş nazir Denis Shmygal-la artıq müzakirə edib.

O bu təklifi özü üçün “böyük şərəf” adlandırıb və Ukrayna seçkisi zamanı prezident Volodymyr Zelenskiy-nin namizədliyini dəstəklədiyini yada salıb.

O bildirir ki, “Ukraynanın böyük ümidlərinin” həyata keçməsini Zelenskiy-nin komandası ilə bağlayır.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Saakashvili-yə hökumətə daxil olmaq təklifinin edildiyi barədə məlumatı ilk dəfə prezidentin “Xalqın xidmətçisi” partiyasına istinadən “Novaya vremya” qəzeti yaymışdı.

“Xalqın xidmətçisi” fraksiyası başçısının müavini Yevgenia Kravchuk bildirmişdi ki, Saakashvili elə bu cümə günü deputatlarla görüşəcək və proqramını təqdim edəcək.

İşə artıq bu həftə başlaya bilər

2015-ci ilin mayında Ukraynanın ovaxtkı prezidenti Petro Poroshenko Mikheil Saakashvili-ni Odessa vilayətinin qubernatoru təyin etmiş və ona Ukrayna vətəndaşlığı vermişdi.

Lakin o müəyyən fikir ixtilafı ilə bağlı 2017-ci ildə hər iki qərarını ləğv etmişdi.

Həmin ilin sentyabrında Saakashvili öz tərəfdarlarının köməyi ilə Ukrayna ərazisinə qayıtmış və Poroshenko-nun istefasını tələb etmişdi.

Saakashvili ona Ukraynaya gəlməsinin qadağan edilməsini və vətəndaşlığının ləğv olunmasını qanunsuz adlandırırdı.

Bundan sonra Saakashvili Ukrayna hüquq-mühafizə orqanları tərəfindən ölkədən çıxarılmış və Avropaya mühacirət etmişdi.

 

Volodymyr Zelenskiy 2019-cu ilin mayında Saakashvili-nin vətəndaşlığını bərpa edib.

Saakashvili-nin baş nazirin müavini vəzifəsinə namizədliyini ölkənin parlamenti – Verxovna Rada təsdiq etməlidir.

Bunun cümə günü, aprelin 24-də baş verəcəyi gözlənilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button