2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Saakaşvili Ukraynaya girməyə cəhd edir

Ukrayna hakimiyyəti keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin getdiyi qatarı Polşanın sərhəd məntəqəsindən buraxmadığına görə, o marşurutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlib.

Azadlıq Radiosunun məlumatına görə Saakashvili və onun tərəfdarlarını aparan avtobus Polşanın Şeqin sərhəd məntəqəsinə çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə o, yenə sərhədi əvvəlki kimi Lvov vilayətindəki “Krakovets” məntəqəsindən keçməyə çalışır.

“Biz qatarı buraxıb, bütün qanuni vasitələrdən istifadə edərək Ukrayna ərazisinə keçəcəyik”, Saakashvili Polşanın Peremışle vağzalında deyib.

***

Azadlıq Radiosunun aldığı son məlumata görə, Mikheil Saakashvilinin Polşadan Ukrayna ərazisinə keçmək istədiyi qatar Ukrayna hakimiyyətinin tələbilə Polşa ərazisində saxlanıb.

Qatar Kiyev vaxtl ilə saat 14:07-də yola düşməli idi.

Amma Saakashvilinin sözlərinə görə, Ukrayna dövlət dəmiryol idarəsinin rəhbərliyi bildirib ki, o vaqonu tərk etməyincə Qatar hərəkət etməyəcək.

Məlumata görə həmçinin səsgücləndirici ilə bəyan edilib ki, qatardaUkrayna ərazisinə girməsi qadağan edilmiş şəxs olduğundan, qatar hərəkət etməyəcək.

Mikheil Saakashvili bundan əvvəl Polşanın Peremışl şəhərində bəyan etmişdi ki, sərhədi “Krakovets” məntəqəsindən keçməyəcək və Ukrayna ərazisinə jurnalistlər və deputatlarla birlikdə “Peremşl-Kiyev” sürət qatarı ilə daxil olacaq.

O marşurutun dəyişdirilməsini “Krakovets” ətrafında təxribat törədə biləcək silahlı adamların olması ilə izah edib.

***

Ukrayna vətəndaşlığından məhrum edilmiş keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili sentyabrın 10-u, bu gün Polşadan Ukraynaya keçmək istəyir.

Bu təxminən Kiyev vaxtı ilə saat 13 radələrinə nəzərdə tutulub.

Saakashvilinin tərəfdarları və əlehdarları Lvov vilayətindəki “Krakovets” sərhəd məntəqəsində onu qarşılamağa hazırlaşırlar.

Ukraynanın kütləvi informasiya vasitələri hadisə yerindədirlər.

Artıq sərhəd məntəqəsinə Saakashvilinin yüzlərlə tərəfdarı və təxminən bir o qədər də əlehdarı toplaşıb.

Onları bir-birindən kaskalı və zirehli ködəkçəli polis səddi ayırır.

Saakashvili jurnalistlər və Ali Rada deputatlarının müşayiəti ilə Ukrayna ərazisinə keçməlidir.

Onu əsasən “Batkivşina” və “Özünəkömək” partiyalarının deputatları müşaiyət etməlidir.

Həmçinin “Batkivşina” partiyasının lideri Yuliya Timoshenko ona dəstək nümayiş etdirmək üçün Polşaya gedib.

 Saakashvilinin yaxın vaxtlarda Polşanın Jeşuve şəhərində mətbuat konfransı keçirəcəyi, sonra isə Polşa-Ukrayna sərhədinə gedəcəyi gözlənilir.Onun sərhəddə həbsi və Gürcüstana mümkün ekstradasiyası ilə bağlı jurnalistlərin suallarına gəldikdə isə Saakashvili bunu istisna etməyib, amma deyib ki, bu “cinayət olacaq və bunda əli olanların hamsı cavab verməli olacaqlar.

Ukraya dövlət sərhəd xidmətinin sədr müavini Vasili Servatyuk bundan əvvəl milli televiziyaya bildirmişdi ki, sərhədçilər Saakashvilinin sənədlərini götürüb, onu geriyə-Polşaya qaytaracaqlar.

Ukraynanın ədliyyə bazirliyi sentyabrın 5-də bəyan edib ki, Gürcüstan tərəfindən Saakashvilinin ekstradasiyası barədə artıq 3-cü sorğun alıblar.

Qeyd edək ki, Saakashviliyə qarşı Gürcüstanda bir neçə cinayət işi açılıb.

Qeyd edək ki, keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.

Ukrayna prezidenti Petro Poroshenko iyulun 26-da ABŞ-da səfərdə olarkən onu vətəndaşlıqdan məhrum edib.

Saakashvili ötən ay Polşada bildirib ki, vətəndaşlığını məhkəmə yolu ilə bərpa etmək üçün sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.

 2015-ci ildə Ukrayna prezidenti Petro Poroshenko ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı da əlindən alınıb.Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button