2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Saakaşvili xəstəxanada aclığa başladığını bəyan edib

Gürcüstanın keçmiş prezidenti, xidməti səlahiyyətlərini aşdığına görə Tbilisi məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilmiş Mixeil Saakaşvili Gürcüstan paytaxtındakı Vivamedi klinikasının xüsusi palatasında aclığa başladığını bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

O burada ruhi və nevroloji xəstəliklərdən müalicə olunur.

Saakaşvilinin aclığa başlamasına səbəb Gürcüstan Ədliyyə Nazirliyi cəzaların icrası departamentinin onun xəstəxana palatasından məhkəmə dinləməsinə videobağlantısına icazə verməməsidir.

Bu məhkəmə prosesində onun sonrakı müalicə üçün Berlindəki Şarite klinikasına köçürülməsi barədə vəsatətinə baxılır.

Saakaşvili öz vəkilləri vasitəsilə bildirib ki, aclığı ona öz məhkəməsində videobağlantı ilə iştirak və gürcü xalqına müraciət etmək imkanı verilənədək davam etdirəcək.

45 kilo arıqlayıb

Keçmiş prezident Gürcüstan hakimiyyətinin onu siyasi motivlərlə təqib etdiyinə dair bir neçə bəyanatla çıxış etməyi planlaşdırırdı.

O ilk növbədə milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyasını ittiham edir.

Növbəti məhkəmə iclasının dekabrın 22-dən tez olmayaraq keçiriləcəyi bildirilir.

Həkimlər keçmiş dövlət başçısının səhhətinin pisləşməsi ilə bağlı narahatlıq bildirirlər.

Onların fikrincə Saakaşvilinin aclığı bərpa etməsi onun səhhətinin daha da pisləşməsi ilə nəticələnə bilər.

Həkimlər son aylar ərzində Saakaşvilinin 45 kilo arıqladığını deyirlər.

Vəkilləri və onun müxalif Vahid Milli Hərəkat partiyasından olan tərəfdarları keçmiş prezidentin cəzaçəkməsinin təxirə salınmasına və onun müalicə üçün Avropaya göndərilməsinə çalışırlar.

“Bu məhbusun taleyi…”

Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze dekabrın 14-də jurnalistlərin suallarına cavab verərkən Gürcüstanın üçüncü prezidentini “qatil” adlandırıb və onu 2008-ci ildə ölkə ərazisinin 20 faizini itirməkdə ittiham edib.

Kobaxidze deyib ki, “bu məhbusun taleyi onu ümumiyyətlə maraqlandırmır”.

Mixeil Saakaşvili Tbilisi məhkəməsi tərəfindən 6 il azadlqıdan məhrum edilib.

O 2005-ci ildə müxalif deputat, biznesmen Valeri Gelaşvilini DİN xüsusi təyinatlılarına döydürməkdə ittiham olunurdu.

Hazırda keçmiş prezident daha üç cinayət işi üzrə təqsirləndirilən qismində keçir.

Bunlardan biri də onun ötən ilin sentyabrında Gürcüstan sərhədini qanunsuz keçərək mühacirətdən qayıtması ilə bağlıdır.

24 saat” “
Saakaşvili xəstəxanada aclığa başladığını bəyan edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button