2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Saakaşvilini xaricə köçürmək çağırışları artır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 22-də səhər videoəlaqə vasitəsilə xəstəxana yatağından Tbilisi məhkəməsinə qoşulub. Çox arıqlamış və xəstə görünən Saakaşvilinin başı yastığa söykənmişdi. Məhkəmə iclası keçmiş prezidentin xəstəliyi səbəbindən ona oxunmuş hökmə xitam verilməsnin müzakirəsinə yığışmışdı.

Saakaşvili hakimiyyətdən sui-istifadə maddəsi ilə altı illik həbs cəzasına məhkum edilib və hazırda həbsdədir. Tərəfdarları bu hökmün siyasi motivli olduğunu deyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu ay ölkənin Penitensiar Xidməti Saakaşviliyə məhkəməyə xəstəxanadan videoəlaqə vasitəsilə qoşulmağa icazə verməmişdi. Səbəb kimi isə müvafiq texniki avadanlığın olmaması göstərilmişdi.

54 yaşlı keçmiş prezidentə beynəlxalq dəstək son bir neçə həftədə daha da artır. O hazırda hərbi xəstəxanada müalicə alır.

“Mərhəmət vacibdir, xüsusən də Milad ərəfəsində. Mixeilin başına gətirilənlər qəddarlıqdır. Bu, Gürcüstana yaraşmır. Buna son qoyulmalıdır”, – Saakaşvilinin xaricdə müalicə almasını tələb edən beynəlxalq apellyasiya müraciətinə qoşulan Ukrayna Prezidenti Volodımır Zelenski dekabrın 19-da video çıxışında deyib.

“Xahiş edirəm, onun həyatını xilas edəcək qərar çıxarın. Mixeil Saakaşvilini Ukraynada, başqa bir Avropa ölkəsində, Amerikada bir xəstəxanaya köçürün”, – Zelenski söyləyib.

2004 – 2013-cü illərdə ölkənin prezidenti olmuş Saakaşvili Gürcüstana qanunsuz daxil olduqdan sonra 2021-ci ilin oktyabrında həbs edilib. O öz həbsinə etiraz olaraq dəfələrlə aclıq aksiyaları keçirib və səhhəti çox ciddi pisləşib.

Məhkəmə dinləməsi zamanı 2015-ci ildən bəri Ukrayna vətəndaşı olan Saakaşvili hakimlə münaqişəyə girib. Hakim onun ukrain dilində danışmağa son qoymasını və məhkəməyə gürcücə xitab etməsini tələb edib. Bundan başqa, hakim Saakaşvilinin, vəkili Şalva Xaçapuridzenin haqqında danışdığı xəsarət izlərini göstərmək üçün köynəyini qaldıracağı təqdirdə canlı yayımı kəsəcəyini deyib.

Moldova Prezidenti Maya Sandu, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçınski və ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan da Saakaşvilinin sağlamlığı və hüquqlarının qorunması ilə bağlı narahatlıq ifadə edənlər arasındadır.

Dekabrın 14-də Saakaşvilinin xəstəxana otağında çəkilmiş videosu yayılıb. Videoda çox zəif görünən Saakaşvili hərəkət alətinin köməyilə yeriyir.

“Gürcü Arzusu” hökuməti Saakaşvilini xəstəliyini şişirtməkdə ittiham edir.

“…Video materialda Mixeil Saakaşvilinin ədalətin həyata keçirilməsinin qarşısını almaq, cəmiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq məqsədilə hərəkətlərini simulyasiya etdiyi aydın görünür”, – Penitensiar Xidmətin bəyanatında deyilir.

Ombudsman aparatı bəyanat yayaraq Saakaşvilinin get-gedə pisləşməkdə olan sağlamlığı sarıdan narahatlıq bildirib. Bəyanatda dekabrın 6-da bir qrup ekspertin onun müalicəsi ilə bağlı apardığı monitorinqin nəticələrinə istinad edilib.

“Qrupun dəyərləndirməsinə əsasən, öncəki dövrlə müqayisədə onun ensefalopatiyası, sensomotor nevropatiyası, anemiyası pisləşib və yeni aşkar edilmiş avtonomik nevropatiyası da əlavə olunub. Bundan başqa, o, yerindən qalxdığı zaman qan təzyiqi ciddi dərəcədə düşməyə başlayıb.

Anoreksiya həyati təhlükəli kaxeksiyaya çevrilib. Bu, ekspertlər qrupu tərəfindən dəfələrlə proqnozlaşdırılmışdı. Dəyərləndirmə zamanı pasient aktiv katabolizm (özünü həzm etmə) fazasında idi ki, bu da özünü çox sürətli çəki itkisində büruzə verir”, – bəyanatda deyilir.

Saakaşvilinin müdafiə komandası dekabrın əvvəlində ABŞ həkimlərinin gəldiyi nəticələr əsasında hazırlanmış toksikoloji hesabat yayıb. Hesabatda keçmiş prezidentin ağır metallarla “zəhərlənmiş” olması ehtimalı vurğulanır. Hesabatda istinad edilən bir amerikalı toksikoloq deyib ki, Saakaşvilinin bədənindən götürülən nümunələrdə civə və arsen (mışyak) əlamətləri görünüb.

Hökumətin yuxarıda sözügedən xəstəxana videosunu yaymaqda məqsədi keçmiş prezidentin xəstəxana əməkdaşlarına qarşı “aqressiv davranışını” nümayiş etdirmək idi. Redaktə olunmuş görüntülərdə həmin anlarda Saakaşvilinin gərgin və işçilərdən narazı olduğu görünür.

Ancaq Penitensiar Xidmətin Saakaşviliyə qarşı nifrət oyatmaq cəhdləri əks effekt vermiş ola bilər. Hökumətin keçmiş prezidentə xaricdə müalicə almaq imkanı verməməsi ictimaiyyəti get-gedə daha çox qəzəbləndirir. Gürcü sosial mediasında onun xaricə köçürülməsi çağırışları üstünlük təşkil edir.

24 saat” “
Saakaşvilini xaricə köçürmək çağırışları artır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button