2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Saakaşvilinin administrasiyasında axtarış aparıldı – FOTO

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Odessa vilayət dövlət administrasiyasının kabinetlərindən birində axtarış aparılıb.

ANS PRESS-in məlumatına görə, axtarış Ukrayna Milli Təhlükəsizlik və Baş prokurorluq əməkdaşları tərəfindən aparılıb.

Axtarışlar Odessa qubernatoru Mixail Saakaşvilinin köməkçi-məsləhətçisi, Gürcüstanın sabiq-baş konsulu Teymuraz Nişnianidzenin kabinet və evində, həmçinin “Odessanın xeyirinə” fondunda aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin məlumata görə, axtarışlar bir neçə cinayət faktı üzrə açılan istintaq hərəkətləri çərçivəsində aparılıb. Onlardan biri 2012-2013 ildə Gürcüstanın Baş konsulluğunun vəzifəli şəxslərinə qarşı açılan əlavə dəyər vergisinin qanunsuz kompensasiyası faktı üzrədir.

İşin materiallarına əsasən, diplomatlar guya 20 milyon qrivna (118 min AZN) dəyərində Kiyev mağazalarından brend əşyalar və geyim əldə ediblər. Bu gün müstəntiqlər bu işlə bağlı Louis Vuitton və Prada mağazalarına, həmçinin Dövlət Fiksal Xidmətinə baş çəkiblər.

Hadisə yerinə gələn Odessa vilayət dövlət administrasiyasının başçısı Mixail Saakaşvili binasında axtarışları “siyasi təxribat” adlandırıb. Odessa qubernatoru yoxlamaya gələnlərdən dərhal binanı tərk etməyi tələb edib.

Bir neçə gün öncə Saakaşvili Ukrayna hökumətinin üzvlərini “lazımsız və heç nəyə yaramayan yığın” adlandırmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button