2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saakaşvilinin partiyası güc strukturlarının rəhbərlərinin istefasını tələb edir

saakasviliBu bəyanata Əfqan Muxtarlının oğurlanması hadisəsi səbəb olub

“Vahid Milli Hərəkat” partiyası Gürcüstanın baş nazirinə müraciət edərək daxili işlər naziri, Dövlət təhlükəsizliyi xidmətinin rəhbərini və baş nazirin müavinini işdən çıxarmağa çağırıb. Əks halda partiya gürcü xalqı ilə birgə hökumətin tam heyətlə istefasına nail olacaq.
Belə bir bəyanatla partiyanın siyasi şurasının üzvü Nika Rurua çıxış edib.
“ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin qiymtələndirməsi tələb edir ki, konkret şəxslər azərbaycanli jurnalist Əfqan Muxtarlının oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürsün. Bu və bənzər biabırçı hadisələr ölkəmizin bütün perspektivini məhv edir, Gürcüstanın beynəlxalq arenada mövqelərinə zərbə vurur. Hakimiyyət adekvat reaksiya verməlidir, ancaq bugünki günə qədər şüurlu şəkildə bunu etməyib.
Baş nazir Kvirikaşvilini daxili işlər naziri Mqebrişvilini, DTX-nin rəhbəri Qomelaurini və bu müddət ərzində gürcü cəmiyyətini aldatmaq üçün həyasızcasına dezinformasiya kampaniyası aparan baş nazirin müavini Cecelavanı işdən azad etməyə çağırırıq.
Əgər qeyd olunan şəxslər istefaya getməsə yaxud baş nazir onları tutduqları vəzifədən azad etməsə, biz həmkarlarımız və gürcü xalqı ilə birgə bütün hökumətin istefasına nail olacağıq”, – deyə bəyanatda bildirilir.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button