2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən biri kəşf edilib

    Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər. Kəşf edilmiş kosmik obyekt saatda 2.2 milyon km sürətlə hərəkət edir. Sözügedən obyekt supernova partlayşı nəticəsində yaranıb və o, Süd Yolu qalaktikasının sərhədlərindən kənara çıxa bilər. Yüksək kütləli ulduzlar öz həyat dövrlərini əsasən supernova partlayışı ilə yekunlaşdırırlar. Bu hadisədən sonra kosmosda kosmik dumanlıq şəklində supernova qalıqları qalır. Lakin partlamış ulduzun nüvəsi nəticədə ya çox sıx və kiçik neytron ulduzuna ya da qara dəliyə çevrilə bilər. Əgər supernova partlayışı müəyyən şəkildə baş veribsə, bu halda çoxlu miqdarda enerji yaranır və həmin enerji neytron ulduzunun kosmosda yüksək sürətlə hərəkət etməsinə gətirib çıxarda bilər.

Saytların yığılması Saytlarin yigilmasi

    Sürət o qədər yüksək ola bilər ki, nəticədə neytron ulduz öz doğma qalaktikasından ayrıla bilər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə alimlər sübut etmişdilər ki, qara dəliklər də qalaktikalararası məkana çıxa bilərlər. Kəşf edilmiş yüksək sürətli kosmik obyektə gəldikdə isə söhbət, pulsardan (neytron ulduzun bir növü) gedir. Bu ulduzlar periodik olaraq impulslar ifraz edirlər və çox sürətlə fırlanırlar. Kosmik məkanda saatda 2.2 milyon km sürətlə hərəkət edən pulsarı alimlər G292.0+1.8 adlı supernova qalığının müşahidəsi nəticəsində aşkar ediblər. Sözügedən supernova qalığı Yer kürəsindən 20.000 işıq ili uzaqlığında yerləşir.

    Lakin verilmiş məlumata əsasən bu obyekt Süd Yolu qalaktikasının ən sürətli obyekti deyil. Süd Yolu qalaktikasının ən yüksək sürətlə hərəkət edən ulduzu qalaktikanın mərkəzində yelrəşən yüksək kütləli qara dəlik ətrafında fırlanan ulduzdur. Belə ki, o, saniyədə 24.000 km sürətlə hərəkət edir. Alimlər belə qənaətə gəliblər ki, kəşf edilmiş yeni kosmik obyekt bu cür yüksək sürəti müəyyən supernova partlayışı hesabına əldə edib. Alimlər müəyyən müddətdən sonra pulsarın hərəkət sürətinin düşəcəyini söyləsələr də, onlar güman edirlər ki, hal hazırda onun sürəti saatda 2.2 milyon km-dən yüksək ola bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsi Günəş ətrafında saatda 107.000 km sürətlə hərəkət edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button