2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saatlı sakini polislər tərəfindən təzyiqlərə məruz qaldığını bildirir

“Onu oğurluq etdiyini boynuna almağı məcbur etmək istəyirlər”

Saatlı şəhər sakini Nazir Həsənov polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Məlumata görə, onlar N.Həsənovu oğurluq etdiyini boynuna almağa məcbur ediblər.

“Turan” informasiya agentliyinin xəbərinə əsasən, sentyabrın 13-də saat 14.30-da onun işlədiyi avtomobillərin təmiri sexinə bir qrup mülki geyimli şəxs gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

“Heç bir söz demədən onu məcburi qaydada maşına oturdub rayon polis şöbəsinə aparıblar. Ora çatan kimi bir gün əvvəl harada olması ilə bağlı sorğu-sual ediblər. N.Həsənov deyib ki, axşam saat 10-un yarısınadək sexdə işləyib, sonra isə evə gedib. Ancaq polislər onu döyüblər, onun iş yerinin yaxınlığındakı ərzaq mağazasından oğurluq etdiyini boynuna almasını tələb ediblər”, məlumatda deyilir.

Günün sonunda N.Həsənovu buraxıblar. O, polis şöbəsindən çıxan kimi Daxili İşlər Nazirliyinin “qaynar xətt”inə- 102-yə telefon edib. Daha sonra başında və bədənində ağrı hiss etdiyindən həkimə müraciət edib.
Saatlı xəstəxanasında gecə növbətçi həkim olmayıb. Onu qonşu Sabirabad rayonuna aparıblar.

“Həkimlər müayinə edib bildirdilər ki, kəllə-beyin travması almışam, sağ qulağımın pərdəsi cırılıb. Gecə sağ ayağım da şişməyə başladı”, – xəstəxanada olan N.Həsənov bildirib.

DİN-ə müraciətindən sonra araşdırma başlayıb. Prokurorluqdan müstəntiq gəlib onu dindirib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Öz növbəsində DİN mətbuat xidməti rəhbərinin müavini Orxan Mansurzadə “Turan”-a bildirib ki, N. Həsənov bir cinayət işinin istintaqı ilə bağlı sentyabrın 13-də Saatlı rayon polis şöbəsinə dəvət edilib, ifadəsi alınıb və sərbəst buraxılıb: “Onun polis şöbəsində döyülməsi və fiziki zorakılığa məruz qalması barədə dedikləri isə həqiqəti əks etdirmir”,- O.Mansurzadə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button