2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Saatlıda su etirazındakı zorakılıqları pisləyən ictimai fəal həbs edildi

Yayımlandı: 18 Mart 2023 16:45

Elvin Mustafayevin özü şöbəyə getsə də, o, polisə müqavimətdə ittiham olunub

Saatlı rayonunda ictimai fəal Elvin Mustafayev həbs olunub. O, polisə tabesizlikdə ittiham olunaraq, məhkəmədə barəsində 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Saatlı Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Elvin Mustafayevin yaxınları deyir ki, o, martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinlərinin su tələbilə keçirdikləri etiraz aksiyası zamanı polislərin etirazçılara qarşı zorakılığına, dəyənəklərlə, rezin güllələrlə insanlara xəsarət yetirməsinə münasibət bildirərək, pisləyib. Bu səbəbdən onu martın 17-də Saatlı Rayon Polis Şöbəsinə çağırıblar.

“Polis şöbəsinə özü gedən bir adamı polisə müqavimət adıyla həbs eləyiblər. Bu hərəkətin adı nədir? Buna ad verməyi də onu şərləyənlərin, bir də bu ittihamla qərar verən hakimin öz öhdəsinə buraxırıq. Bu dərəcədə insafsızlıq olmaz. Adi su istəyən insanları döysünlər, güllə atsınlar, heç kim də səsini çıxarmasın – budur istədikləri…”, – Elvin Mustafayevin yaxınlarından biri Meydan TV-yə belə deyib.

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinlərinin su problemi ilə əlaqədar keçirdiyi etiraz aksiyası zamanı saxlanılan şəxslərdən üç nəfər haqqında həbs qərarı verilib. Onlardan ikisinə 15, birinə isə 20 sutka inzibati həbs cəzası kəsilib. Məhkəmənin cəzalandırdığı şəxslər Anar Hüseynov, Şıxəli Məmmədov və Habil Xanlarovdur.

Martın 13-də polislər etiraz aksiyasının qarşısını alarkən dəyənək zərbələrindən və rezin güllələrdən xəsarət alanlar olub. Yaralananlardan ikisinə xəstəxanada tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Bir nəfərin durumu isə nisbətən ağır olduğuna görə xəstəxanada saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, martın 13-də saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə narazılığını bildirmək üçün magistral yolu bağlamağa cəhd edib:

Əraziyə gələn Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq, Rayon Polis Şöbəsinə gətiriliblər”.

DİN-in mətbuat xidmətindən polisin tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq, yalnız xüsusi vasitələrin tətbiq edildiyi bildirilib:

 “Polis odlu silahdan istifadə etməyib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button