2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sabah Əfqan Muxtarlının məhkəməsi olacaq

Jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilkib. Şikayətə Bakı Apellyasiya Məhkəməsi baxacaq.
Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil deyir ki, jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar əsaslı deyil.
“Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir”, vəkil bildirib.
Apellyasiya şikayəti İlqar Murquzovun sədrlik etdiyi heyətin icraatına verilib. Şikayətə sabah, iyunun 6-da saat 12:30-da baxılacaq.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button