Loading...
Loading...
ÖLKƏ

Sabah 30-34 dərəcə isti gözlənilir

İyunun 15-i Bakı və Abşeronda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 17-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı bildirilir. Gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır
Back to top button