2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabah Ali Məhkəmə mühüm qərar verəcək

“Sabah Ali Məhkəmənin hakim Vəfaddin İbayevin sədrliyi ilə vəkili olduğum vətəndaşın özünü müflis elan edə bilməsi hüququna malik olub-olmaması haqda kassasiya şikayətinə baxılacaq. İlk iclas yanvarın 9-da oldu, lakin məhkəmə məsələnin araşdırılması üçün iki həftəlik fasilə götürdü”.

Bu barədə bizimyol.info-ya vəkil Əkrəm Həsənov bildirib.

Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərardadına görə, yalnız fərdi sahibkar özünü müflis elan edə bilər və guya adi fiziki şəxs bu hüquqa malik deyil: “Əslində, 2015-ci ilin oktyabrında “Müflisləşmə və iflas haqqında” qanuna edilmiş düzəlişə əsasən hər hansı şəxs özünü məhkəmə qaydasında müflis elan edə bilər. “Banklar haqqında” qanun da bunu təsdiqləyir: Belə ki, həmin qanunun 1.0.19-cu və 57-10.6-cı maddələrinə görə bankın inzibatçısı, yəni fərdi sahibkar olmayan fiziki şəxs müflis elan edilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən “Müflisləşmə və iflas haqqında” qanunun 1-ci maddəsinə (“fərdi borclu öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar-fiziki şəxs” ) istinad edərək əsaslandırıb. Bu isə bir sıra maddı normalara ziddir. Belə ki, “Müflisləşmə və iflas haqqında” qanuna edilmiş 6 oktyabr 2015-ci il tarixli dəyişikliyə əsasən, qanunun 2-ci maddəsinin 2-ci bəndində göstərilir ki, qanunda istifadə edilən “borclu” anlayışı borclu fiziki və hüquqi şəxslərə aiddir. Məhkəmə qərar qəbul edərkən, istinad etdiyi maddədə ümumi anlayışların qeyd olunmasını, həmin maddədə yalnız fərdi borclunun anlayışının açıqlanmasını və fərdi borclu anlayışının fiziki şəxs anlayışı ilə fərqli olmasını nəzərdən qaçırıb. Əgər qanunda qeyd edilən maddə fərdi borclu dedikdə fiziki şəxs anlayışını nəzərdə tutsa və bu anlayışları bərabərləşdirsə idi, qeyd olunan qanuna sonradan 6 oktyabr 2015-ci il tarixli dəyişiklik edilməzdi. “fərdi borclu” anlayışı qanunverici tərəfindən digər qanunlarda göstərilmədiyi üçün, bu anlayış qeyd olunan qanunda öz əksini tapıb. Beləliklə, nəhkəmə tərəfindən istinad edilən maddə yalnız “fərdi borclu” anlayışını müəyyən edir və qanunda “fiziki şəxs” anlayışının ayrıca qeyd edilməməsi heç bir halda bu anlayışların eyniləşdirilməsinə gətirib çıxara bilməz. Qeyd etmək zəruridir ki, “fiziki şəxs” anlayışı qanunverici tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərildiyi üçün və bu anlayışın hüquqi baxımdan ümumi qəbul edilmiş olmasından irəli gələrək, həmin anlayış “Müflisləşmə və iflas haqqında” qanunda öz əksini tapmayıb”.

Ə.Həsənov bildirib ki, “Banklar haqqında” qanun da fiziki şəxsin müflis elan oluna bilməsini nəzərdə tutur: “Belə ki, həmin qanunun 1.0.19-cu maddəsi “vətəndaş qüsursuzluğu”nu tərif edərək o cümlədən fiziki şəxsin “məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması”nı da ehtiva edir. Deməli, fiziki şəxs müflis elan oluna bilər.
Daha sonra, həmin qanuna 2017-ci ilin aprel ayında aşağıdakı məzmunda 57-10.6-cı maddə daxil edilib: “Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər”. Beləliklə, qanunvericilik bir daha fiziki şəxslərin məhkəmə qərarı ilə müflis elan oluna bilməsini təsdiqləyir”.

Vəkil Ə.Həsənov bildirib ki, Azərbaycan məhkəmələri tərəfindən qanunda birmənalı təsbit edilən və sivil dünyada çoxdan bərqərar olmuş insanın müflislik hüququnun tanınmamasının yalnız bir səbəbi var: “Bankların təsiri və lobbiçiliyi! Borclu vətəndaşların xeyli hissəsi faktiki müflisləşsə də, banklar və qanunsuz fəaliyyət göstərən kollektorlar onlardan əl çəkmir və müxtəlif vasitələrlə onlara təzyiq edir ki, nəyin bahasına olursa olsun pul tapıb krediti bağlasınlar. Ümid edirəm ki, sabah Ali Məhkəmə bankların maraqlarını deyil, qanunu və insan haqlarını rəhbər tutacaq. Əks halda, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button