2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sabah Bakıda 24 dərəcə isti olacaq

Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 24saat.org-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15 , gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button