Loading...
Loading...
Xəbərlər

Sabah Bakıda küləkli hava gözlənilir

Bakı/17.01.22 Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 17-də yaydığı məlumatda deyilir.       

Məlumata görə, havanın temperaturu gecə 0-1 dərəcə isti, gündüz 4-6 dərəcə isti, Bakıda gecə 0-1 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. -05D-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun