Loading...
Loading...
Xəbərlər

    Sabah Bakıda sulu qar yağacağı gözlənilir 

Bakı/16.01.22Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
    Havanın temperaturu gecə gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq.
    Ölkənin əsasən cənub şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə səhər saatlarında duman olacaq, ayrı yerlərdə qərb küləyi rabir güclənəcək.
    Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq-05D-.

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun