2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabah Bakının 3 rayonu qazsız qalacaq

“Azəriqaz” abonentlərə xəbərdarlıq edib.

Sabah Bakı şəhərinin Suraxanı, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, mayın 6-da saat 09:00-dan işlər yekunlaşanadək yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması və Binə qəsəbəsi ərazisində avtomobil yolunun yenidən qurulması, eləcə də genişləndirilməsi nəticəsində yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri ilə əlaqədar Suraxanı rayonunun Əmircan qəsəbəsində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button