2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabah Bakının bəzi hissələrində su olmayacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Bakının Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir.

“Azərsu” ASC-ni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar mayın 13-də saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar mayın 13-də saat 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə – Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button