2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sabah bu prospekt avtomobillər üçün bağlanacaq

Bakının Nərimanov prospekti sabahdan avtomobillər üçün bağlanacaq
Sürücülərin nəzərinə
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu işlər çərçivəsində fevralın 28-dən etibarən avtonəqliyyat vasitələrinin sözügedən prospektlə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən “Statistika dairəsi”nə qədər olan hissədə tətbiq ediləcək.
Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.
“Azəravtoyol” ASC bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
APA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button