2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sabah Ermənistan hökumətini 3-4 nazir müavini tərk edəcək

Ermənistanda sabah daha 3-4 nazir müavini işdən çıxarılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Ovik Abraamyan parlamentdə çıxışı zamanı bildirib.

Erməni milli konqresinin fraksiyasının başçısı Levon Zurabyanın dövlət aparatında optimallaşdırılma barədə sualına cavab verən baş nazir deyib:

“Biz surətlə irəli gedəcəyik. Nəticələrini siz görəcəksiniz. Məsələn, artıq Kənd Təsərrüfatı Nazirliyində ixtisarlar başlayıb. Bu gün biz Ermənistanın İqtisadiyyat Nazirliyinin bir ştatını bağlamışıq. Sabah daha 3-4 nəfər işdən azad ediləcək. Biz elə etməliyik ki, hər bir dram səmərəli şəkildə xərclənilsin. Bu proses ardıcıl olaraq aparılacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Ovik Abramyan  - Ermənistanın baş naziri

Ötən gün Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən kənarlaşdırılıb. O, rüşvət almaqda ittiham olunub.

Vəzifəsindən azad olunan Artyom Movsesyanın çalışdığı sahədə 12 illik stajı var idi. Onun yerinə yeni rəhbər iqtisadiyyat nazirinin müavini Sergey Avetisyan ola bilər. O, aviasiya sahəsinə nəzarət edir.

Son iki ay ərzində Ermənistan hakimiyyətində rüşvət alma və vəzifəsindən sui-istifadə hallarına görə bir neçə yüksək rütbəli məmur və hərbçi vəzifəsindən azad olunub.

Artyom Movsesyan - Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button