Loading...
Loading...
Sosial

Sabah hava necə olacaq?

Sentyabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən 24saat.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq. 

Atmosfer təzyiqi 761mm civə sütunundan 758 mm civə sütununa enəcək   

Nisbi rütubət  60-70  %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz.  Lakin  axşam saatlarında   bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°  isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz  17-22° isti olacaq. 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button