24saat.org Sabah İlqar Məmmədovun məhkəməsidir - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Sabah İlqar Məmmədovun məhkəməsidir

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun cinayət işi üzrə təkrar apellyasiya şikayətinə avqustun 13-də baxılacaq.

24saat.org xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, iclas sabah saat 09:00-da Şəki Apellyasiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, ilk iclas avqudtun 10-a təyin edilsə də, qeyri-müəyyən müddətə təxirə salınmışdı. Hakim bunun dövlət ittihamçısının gəlməməsi ilə əsaslandırsa da, prosesdə iştirak edən fəallar prokurorlu məhkəmə binasında gördüklərini bildiriblər.
İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.Amma A vropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.
Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.