Now Reading:
Sabah Nazirlər Kabineti tam tərkibdə istefaya gedir – RƏSMİ

Prezident seçkilərində qalib gələn İlham Əliyev aprelin 18-də and içəcək və bunun ardınca Nazirlər Kabineti istefaya gedəcək.

24saat.org xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin seçkinin nəticələrinin təsdiqlənməsi ilə bağlı qərarından sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi Əli Əhmədov deyib.

Qeyd edək ki, bu gün 11 apreldə keçirilən Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə olub.
Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı və İlham Əliyevin Prezident seçilməsini rəsmən elan edib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.