Now Reading:
Sabah vətəni sevməyə gedək!

Tanınmış yazar Zümrüd Yağmur   8 aprel mitinqinə çağırış etdi:

“Sabah vətəni sevməyə gedək!

Haqqı əlindən alınmış, həyatı , taleyi oğurlanmış bir xalq var… Arzuları gözündə qalmış, ömrü viran olmuş, ümidləri söndürülmüş, sevgisi, nifrəti, kini belə əlindən alınmış…
İkiyə parçalanmış bir məmləkətin sahibi olmaqdan məhrum edilmiş…..
25 ildir bir rejimin təmsilçiləri olan acgöz məmurların əlində əsir olan…
“Erməni bizim düşmənimizdir” deyib əslində, əsl düşmənçiliyi edən bir iqtidarın kölə etmək istədiyi…
Qətl edilən, haqq, ədalət, mərhəmət duyğusu sınağa, insanlığı dara çəkilən…
Bir xalq var…
Bütün bu sadaladıqlarımızınsa ortaya qoyduğu bir tələb var…
Artıq dar ağacına salam verməyin vaxtı çatıb, da keçir…
Əgər biz sabah 8 aprel mitinqini bu dar ağacına salam verməyin başlançıq günü edə biləcəyiksə, o dar ağacları bizim xilasımız olacaq…
O dar ağacları quru olmaqdan çıxıb canlanacaq və bizim ömrümüzə hüzur gətirəcək sərinliklər məhz o dar ağaclarının kölgəsindən doğacaq.
Sabah təbii ki, azad olacağımız gün deyil.
Amma sabahı dar ağaclarına salam vermək günü elan etmək olar…
Vahid Qazi, siz axı demişdiniz, vətəni sevməyə gedənlər geri qayıtmır.
Bu sözləri bir də deyin, 9 milyonluq bir xalqın ruhuna pıçıldayın.
Gəlin sabahı vətəni sevmək günü elan edək, bəlkə geri də qayıtmayaq?!
Amma bir şeydən əmin olaq…
Biz geri qayıtmayacağımız yoldan bu ölkəyə ədalət, insanlıq, mərhəmət, və nəhayət AZADLIQ qayıdacaq.
Gedəyin ki, ONLAR gəlsin…”

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.