Cəmiyyət

Sabah yağış yağacaq

yaqisAprelin 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq. Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button